Apple şirkətinin icraçı direktoru Stiv Cobs San-Fransisko şəhərində keçirilən xüsusi tədbirdə şirkətin yeni qurğusunu, iPad adlı planşet kompüteri təqdim edib.
S.Cobsun sözlərinə görə, yeni planşet musiqi dinləmək və fotoşəkillərə baxmaq, eləcə də veb-serfinq üçün “əla həlldir”.
9,7 düym diaqonallı sensor ekran, Apple şirkətinin istehsal etdiyi 1 qiqahers takt tezlikli A4 prosessoru ilə təchiz olunacaq iPad-in fləş-yaddaş həcmi modeldən asılı olaraq 16-dan 64-qiqabaytadək ola bilər.
Təqdimat mərasimi zamanı Apple rəhbəri xüsusi olaraq iPad üçün nəzərdə tutulan iWork ofis əlavələri paketinin buraxılacağını, eləcə də iBook onlayn-kitab mağazasını istifadəyə veriləcəyini bəyan edib. 1,2 santimetr qalınlıqlı və 680 qram çəkili yeni qurğu Wi-Fi 802.11n və Bluetooth 2.1 standartlarını dəstəkləmək imkanına malikdir. Apple-in yeni məhsulunun qiyməti isə 499 ABŞ dollarından başlayacaq.
Mənbə: www.mincom.gov.az
iKTci tərəfindən yazılıb. Yazılma tarixi ->> January 29 2010 20:14:24 ·
0 dəfə şərh bildirilib · 130 dəfə oxunulub
·
Rəylər
Rəy bildirilməmişdir.
Rəy bildir
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər. Qeydiyyatdan keçin.